YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Hacıqabul rayon təşkilatı "Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri" mövzusunda videokonfrans keçirib

YAP Hacıqabul rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri" mövzusunda videokonfrans keçirib.

Konfransda çıxış edən  YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov Ulu Öndər Heydər Əliyevin siyasi irsinddən, Azərbaycan üçün gördüyü əhəmiyyətli işlərdən söz açıb. O bildirib ki, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev Heydər Əliyev siyasətini layiqincə davam etdirərək Azərbaycanı daha da inkişaf etdirir və daha qüdrətli bir dövlətə çevirir.

Tədbirdə Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin keçdiyi mənalı həyat yolundan, Azərbaycan xalqı üçün milli xilaskarlıq missiyasından, ziyalılarımızın yetişdirilməsi və onların qorunması naminə gördüyü işlərdən danışıb.

Daha sonra YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Saleh Ələskərov çıxış edərək bildirdi ki, doğma vətənimiz oaln Azərbaycanın inkişafı məhz Heydər Əliyev siyasəti ilə bağlıdır.