YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbəti plenar iclasında Azərbaycanda hərbi vəziyyətin ləğv olunması məsələsinə baxılacaq

Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.

İclasda Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ də müzakirə olunacaq.

Deputatlar, həmçinin Azərbaycan Respublikasının “Mülki Məcəlləsində”, “Əmanətlərin tam sığortalanması haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmək Məcəlləsində”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda, “Gömrük Məcəlləsində”, “Vergi Məcəlləsində” və Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələrini birinci oxunuşda müzakirə edəcəklər.