YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Hər bir vətəndaş koronavirusla mübarizədə fəal iştirak etməlidir

“Koronavirus infeksiyasının sürətlə artması ciddi narahatlıq yaradır. Vətəndaşlarımız maksimum dərəcədə karantin qaydalarına əməl etməlidir ki, virusun sürətlə yayılmasının qarşısı alınsın”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, artıq dünya ölkələri koronavirusun geniş yayılmasına qarşı ciddi addımlar atmaqdadır. Onun sözlərinə görə, bu sırada dünyanın ən inkişaf etmiş ölkələri də var. Həmin ölkələr karantin rejimini yenidən sərtləşdirməyə başlayıblar.

Millət vəkili Azərbaycan vətəndaşlarını da bu məsələdə diqqətli olmağa çağırıb. O qeyd edib ki, vətəndaşlar qoruyucu vasitələrdən istifadə etməlidir. Amma görünən odur ki, sosial məsafə  saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyyələr lazımınca riayət olunmur. Eyni zamanda, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Hazırkı durum onu deməyə əsas verir ki, xüsusi karantin rejimi daha da sərtləşdirilə bilər.

Deputat söyləyib ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək bütün cəmiyyətin sağlamlığına xidmət edir: “Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir”.