YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər

Qarabağ üzrə razılaşma Ankara və Yerevan arasında münasibətlərə müsbət təsir edə bilər.

Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının videokonfrans formasında keçirilən 27-ci iclasında çıxış edərkən deyib.

“Biz Qarabağda münaqişəyə Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla, beynəlxalq prinsiplər əsasında son qoymağa yönəlmiş bütün cəhdləri dəstəkləyirik. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan razılaşma 30 ildən sonra sülhün bərqərar olunması üçün real imkanlar yaradır. Bu, regional sabitliyə, həmçinin Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərə bilər”, - deyə Mövlud Çavuşoğlu bildirib.

 

DİGƏR Xəbərlər Arxiv