YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyan senator: İtaliya Azərbaycanla yeni istiqamətlər üzrə münasibətləri möhkəmləndirməlidir

Ermənistan tərəfindən heç bir əsası olmayan hərbi təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir.

Bunu İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun üzvü senator Urania Papatheu yerli mətbuata açıqlamasında bildirib.

Senator vurğulayıb ki, İtaliya müharibə başa çatandan sonra vəziyyətin mütəmadi olaraq normallaşması istiqamətində Azərbaycana kömək və dəstək göstərməlidir.

“İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır. Bu baxımdan, İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir”, - deyə Papatheu bildirib.

İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan razılaşma İtaliya tərəfindən dəstəklənməlidir. Bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıcdır.

“İtaliya yalnız neft və qazla deyil, insan resursları və mədəni sahələrdə də Azərbaycanla əməkdaşlıqda fəal olmalıdır”, - deyə italyan senator fikirlərini tamamlayıb.

 

DİGƏR Xəbərlər Arxiv