YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda yol infrastrukturu layihələrində yerli şirkətlərlə yanaşı, onlarla xarici şirkət podratçı və layihəçi qismində çıxış edir

Yanvarın 26-da Bakıda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin təşkilatçılığı ilə “Yol infrastrukturu, tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi” adlı konfrans işə başlayıb.

Konfransın açılışında çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov son illərdə yol-nəqliyyat sektorunun inkişafı istiqamətində atılan mühüm addımlardan, aparılan əsaslı islahatlardan danışıb. Bildirib ki, təkcə 2014-cü ildə respublikamızın yol-nəqliyyat kompleksinə bütün mənbələrdən yönəldilən investisiyaların həcmi 2,5 milyard ABŞ dolları olub. Bunun da 1,9 milyard dolları avtomobil yollarının payına düşür: “Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizin avtomobil yolları sürətlə yenilənir. Bu gün Azərbaycanda yol infrastrukturunda həyata keçirilən layihələrdə yerli şirkətlərlə yanaşı, onlarla xarici şirkət podratçı və layihəçi qismində çıxış edir. Bu da beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə xüsusi önəm verildiyini göstərir”.
Nəqliyyat naziri qeyd edib ki, 2014-cü ildən başlayaraq Bakı-Gürcüstan sərhədi, Bakı-Rusiya Federasiyası sərhədi, Bakı-İran İslam Respublikası sərhədi avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə irimiqyaslı tədbirlər həyata keçirilib. Bu dövrdə respublikamızda ümumilikdə 11 min kilometrədək avtomobil yolları, 300-dək körpü inşa edilib və təmir olunub. Həmçinin Bakı şəhərində 3 kilometrdən artıq yeni yol, 760 kilometr mövcud yol, o cümlədən 70 körpü, yeraltı və yerüstü piyada keçidləri tikilib və ya təmir edilib.
Konfransda ABŞ, İngiltərə, Türkiyə, Fransa, Litva, Rusiya, İsveç, Almaniya, Hollandiyadan yol tikintisi üzrə ixtisaslaşmış nüfuzlu şirkətlərin nümayəndələri də iştirak edirlər.