YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistanın daha çox cinayətləri üzə çıxacaq

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Füzuli rayonundan ermənilərin dağıdılmış istehkam xətlərini paylaşıb.

O, bu barədə "Twitter" səhifəsində paylaşım edib.

H.Hacıyev, həmçinin Qaraxanbəyli kəndindən görüntülər yayıb:

"Bölgədə sağlam tikili qalmayıb. Vandalizm sərhəd tanımır. Ermənistanın daha çox cinayətləri üzə çıxacaq. Beynəlxalq media Ermənistanın bütün hərbi cinayətlərini işıqlandırır".