YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik ən uca zirvədir...

Sentyabrın 27-dən başlanan Vətən müharibəsi 44 gün davam etdi. Noyabrın 10-da Azərbaycan düşmən üzərində tam qələbə çaldı, ərazi bütövlüyünü təmin etməklə tarixi ədaləti də bərpa etdi. Bununla da, 3 əsr sonra bizdən zorla alınan torpaqlarımızı geri almağımız misilsiz tarixi hadisə kimi hələ uzun illər qələbə, zəfər tarixi kimi xatırlanacaq. Bu qələbə, zəfər isə qətiyyətli, müzəffər Ali Baş Komandanın, rəşadətli Ordunun və qorxmaz xalqın birliyi ilə əldə edildi. İşğaldakı torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar, yaralananlar, döyüşənlər daim milli qəhrəmanlar kimi xatırlanacaqlar.

Tarixi qələbənin əldə olunması üçün döyüşənlərin, şəhid olanların, yaralananların bir çoxu həm Yeni Azərbaycan Partiyasının üzvləridir. Artıq müharibə başa çatdığından və milli qəhrəmanlarımız haqqında məlumatların yayılması hərbi sirr hesab edilmədiyindən onları ictimaiyyətimizə təqdim edəcəyik. Onların xatirəsi daim uca tutulacaq, hər zaman da milli qəhrəman olaraq anılacaqlar.

Həmin qəhrəman şəhidlərimizdən biri də Əhmədzadə Famil Ağaəhməd oğludur.

O, noyabr 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-ci ildən Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının Şura üzvüdür. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. 30 sentyabr 2020-ci il tarixində könüllü olaraq Vətəni mənfur düşməndən xilas etmək üçün cəbhəyə yollanır. Baş leytenant Famil Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə aparırdı. 14 oktyabr Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Famil Əhmədzadənin xatirəsi hər zaman hər bir partiya üzvü üçün əziz olacaq, daim anılacaq. Onun keçdiyi yol isə hər bir gənc üçün bir vətənpərvərlik nümunəsi olacaq.

Allah rəhmət eləsin!