YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Şəhidlərin uğrunda canlarını qurban verdiyi Azərbaycan dövləti bu gün beynəlxalq münasibətlər sistemində söz sahibidir

«20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə zərbə vursa da, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu». Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Onun sözlərinə görə, xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir.

«Şəhidlərin uğrunda canlarını qurban verdiyi Azərbaycan dövləti bu gün beynəlxalq münasibətlər sistemində söz sahibidir. Özünün daxili və xarici siyasəti ilə böyük uğurlar qazanan Azərbaycan regionda və dünyada iqtisadi qüdrətinə, siyasi sabitliyinə görə xüsusi nüfuz sahibinə çevrilib. Vaxtilə: “Yox millətimin imzası imzalar içində” - deyə fəryad edib dünyasını dəyişən babalarımızın da ruhu şaddır. İndi dünyanın ən uca bayrağının dalğalandığı Azərbaycanın hər bir vətəndaşı  “Var millətimin imzası imzalar içində!” sözünü qürurla deyə bilər»- deyə, F.İbrahimli vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv