YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağcabədi rayon təşkilatının gəncləri humanitar aksiyalarda fəallıq göstərirlər

Sentyabrın 27-də cəbhədə döyşlərin başladığı vaxtdanb minlərlə ağcabədili gənc Vətən qarşısında öz borcunu yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gələrək Azərbaycan Ordusu sıralarına yazılıblar. Bu barədə YAP Ağcabədi rayon təşkilatından məlumat verilib.

Məlumatda bildirilir ki,  həmin gənclərin böyük hissəsi könüllülərdir. Ön cəbhədə olduğu kimi gənclər arxa cəbhədə də öz köməklərini əsirgəmirlər. Düşmənin informasiya təxribatlarının qarşısının alınmasında, şəhidlərin təntənəli dəfnində, əhali arasında təbliğat və maarifləndirici tədbirlərin həyata keçirilməsində, ağır artilleriya və raket atəşinə tutulmuş, yaşayış yerlərini müvəqqəti tərk etmək məcburiyyətində qalmış və müəyyən təhlükəsiz yerlərdə yerləşdirilmiş uşaq, qadın və qocalara humanitar kömək göstərilməsində, onlara dərman, gigyenik vasitələri paylanmasında, ərzaqla təmin edilməsində gənclər böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin üzvləri bu aksiyaların həyata keçirilməsində xüsusi fəallıq göstərirlər.