YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda bir sıra tanınmış özəl şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə bağlı müraciət yayıblar

Azərbaycanda bir sıra tanınmış özəl şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə bağlı müraciət yayıblar.

Müraciətdə deyilir: “Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qüdrətli Azərbaycan Ordusu tərəfindən qarşısının alınması, düşmənə layiqli cavab verilməsi və işğal altında olan bəzi ərazilərimizin azad olunması xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına və ordusuna qətiyyətli dəstək verir, cəmiyyətimizdə milli həmrəylik hökm sürür. Eyni zamanda, müxtəlif təşkilatlar və qurumlar Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə qüdrətli ordumuza öz dəstəklərini nümayiş etdirirlər.”

Qeyd edək ki, müraciəti imzalayan kompaniyalar sırasında  “Gidromaşservis” QSC, “Kristal Abşeron” MMC, “AzVirt” MMC, “Bakı İnşaat Sənaye ASC”, “Akkord” şirkətlər qrupu, “SNT” Inşaat Şirkəti, “AKA” Group MMC, “Tunel-Metro İnşaat” MMC, “Real İnşaat” Tikinti Şirkəti, “AzərTunel” MMC şirkətləri də var.  

Müraciət müəllifləri torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda qətiyyətli mübarizə aparan müzəffər Ordumuza cəmiyyət dəstəyinin zəruri olduğu bir vaxtda bütün özəl şirkətləri və hər bir iş adamını həmrəylik nümayiş etdirərək  Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna mümkün ianə ayırmağa çağırır. Müraciətdə daha sonra bildirilir: “Çünki bu, ümummilli məsələdir və belə dəstək  böyük qələbələrin əldə olunmasına kiçik də olsa, vacib töhfədir.  Sözügedən şirkətlər  tarixi anlar yaşadığımız bu günlərdə maddi və mənəvi cəhətdən Azərbaycan Silahlı Qüvvələrinin yanında olduqlarını qürur hissi ilə bildiririk.  Əminliklə bəyan edirik ki, tezliklə Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq.  Yaşasın Azərbaycan Əsgəri!”

#bizbirlikdəgüclüyük

 

 

DİGƏR Xəbərlər Arxiv