YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır

“Kəndlərimizin, mülki vətəndaşlarımızın düşmən atəşinə məruzqalma faktı var. Ancaq döyüş şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır”. Bu fikirləri Füzuli rayonunu təmsil edən deputat Vüqar Bayramov bildirib.

V.Bayramov bildirib ki, yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır. Bu həssas məqamda milli birlik nümayiş etdirməyimiz də vətənpərvərlik hissinin göstəricisidir. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Bizim işimiz haqq işidir.

Deputat mövcud durumla bağlı davamlı olaraq insanları doğru məlumatlandırmağın, dezinformasiyaların qarşısını almağın önəmini vurğulayıb.