YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən: Bəzi beynəlxalq QHT-lərin Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumması məqsədlidir

“Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya “Soros” fondundan, ya “Transperensy İnternational”dən, ya da ki, digər beynəlxalq QHT-lərlə əlaqədar olan adamlardır”. Bu fikri Milli Məclisin deputatı Ramil Həsən deyib.

Millət vəkilinin sözlərinə görə, təsadüfi deyil ki, bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Halbuki, Paşinyanın tanınmış siyasi və ictimai xadimlərə qarşı olan repressiv vasitələrdən istifadə etməsi və onları zərərsizləşdirməsi heç kimə sirr deyil.

Deputat qeyd edib ki, Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, aclıq edən jurnalist Mher Yeqizaryan həbsxanada ölüb, əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb: “Bütün bunlara heç bir beynəlxalq təşkilat reaksiya vermir. Avropa Şurası susur, Ermənistan üzrə məruzəçilər, “Amnesty International”, “Freedom House”, “Human Rights Watch” və digərləri susur. Çünki Soros həmin bu “hüquq müdafiəsi” təşkilatlarının sponsorudur. İndiki Ermənistan hakimiyyəti isə onun maraqlarını həyata keçirir ”.
R.Həsənin sözlərinə görə, Azərbaycanda hər bir kiçik hadisəni şişirdən bəzi beynəlxalq qurumların, hüquq-müdafiə təşkilatlarının Ermənistanda diktatura rejiminin əməllərinə göz yumması da həmin faktorlarla, o cümlədən Soros tərəfindən maliyyələşmə ilə bağlıdır.