YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ermənistan öz çirkin əməllərini artıq dünyadan gizlədə bilmir

“Qarabağ deyəndə hər kəsin ağlına düşünülmədən Azərbaycan gəlir. Çünki bu hamıya bəllidir ki tarixən Dağlıq Qarabağ bizim olub, olacaq da! Bu gün işğalçı, terrorist xislətli Ermənistan öz çirkin əməllərini artıq dünya dövlətləri arasında gizlədə bilmir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bütün reallıqlar ortadadır. Onun sözlərinə görə, bu gün  Ermənistan höküməti Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan istifadə edərək burada zərər çəkmiş erməniləri Dağlıq Qarabağ ərazisində yerləşdiriməsi planı təkcə indi yox tarix boyu baş vermiş bir hadisədir. Ermənistan hökuməti daha öncə Suriyadakı qarışıqlıqdan istifadə edərək orada yaşayan erməniləri işğal olunmuş ərazilərimizə köçürüb.

“Gəlmə erməniləri Dağlıq Qarabağda yerləşdirmək Ermənistanda dəyişən hakimiyyətlərin uzun illər yürütdüyü siyasətdir. Keçmişə nəzər salsaq ermənilərin özlərini də Qafqazda mövcud əhaliyə çevrilməsini Rusiya imperatorları və onların məmurları təmin etmişlər. Bu gün ona görə də döyüş meydanında tək qalmaqdan qorxan Paşinyan məğlubiyyətin qaçılmaz olduğunu çox gözəl anlayır və çıxış yolunu kiminsə himayəsində hərəkət etməkdə görür. Lakin cənab Prezidentimiz İlham Əliyevin son çıxışlarındakı sərt və qətiyyətli fikirlərdən aydın olur ki müharibə qaçılmazdır və Azərbaycan öz torpaqlarını birmənalı şəkildə heç kəsə vermək fikrində deyil. Bunun üçün Azərbaycanın hər bir imkanı var. Güclü ordumuz, ən müasir texnika və silahlarımız var. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir vətəndaş Ali Baş Komandanımızın döyüş əmrini gözləyir”-deyə, deputat qeyd edib.