YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatı “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasını davam etdirir

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının gəncləri və könüllüləri sentyabr ın 22 -də “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasını davam etdiriblər.

Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının gəncləri, fəalları və könüllüləri tənha, ahıl insanların evlərinə baş çəkib, onlara koronavirusdan qorunmaq üçün sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr, maarifləndirici bukletlər çatdırıb, xəstəlikdən qorunma üsullarını izah ediblər. Gənclər həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir. Bu tədbirlər ölkəmizdə elan olunmuş karantin rejiminin tələblərinə uyğun olaraq mütamadi olaraq davam etdiriləcək.