YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Dövlət büdcəsində sosial sahə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilir

«Dövlət büdcəsində sosial sahənin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədinin xalqın rifahının yaxşılaşdırılması, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkədə sosial müdafiə sisteminin ən vaciblərindən biri pensiya-sığorta sahəsidir. Onun sözlərinə görə, Sosial Müdafiə Fondunun büdcəsi bu istiqamətdə aparılan geniş masştablı fəaliyyəti, sanballı rəqəmləri özündə ehtiva edir.

 «Hazırlanan büdcənin əsas xətti dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”dır. Konsepsiya növbəti mərhələdə sığorta pensiya sistemində yeni islahatların aparılması, sosial ədalətin gücləndirilməsi, yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir ki, bu da nəticədə xalqın mənafeyinin qorunmasına, rifah halının yaxşılaşdırılmasına gətirib çıxaracaq»- deyə, komitə sədri vurğulayıb.