YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1507,7 min nəfər olub

Ötən ilin dekabrınadək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,7 min nəfər olub, onlardan 883,7 min nəfəri dövlət bölməsində, 624 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında və 17,4 faizi iqtisadiyyatın digər sahələrində çalışıblar.

2014-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 442,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.
 

DİGƏR Xəbərlər Arxiv