YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan ordusunun bölmələri atəşkəs rejimini ümumilikdə 61 dəfə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 61 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Kəmərli, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Azərbaycan Respublikasının Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Cəvahirli, Şıxlar, Şuraabad, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.