YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir

“COVID-19 infeksiyasının yayılmasına qarşı Azərbaycanda müxtəlif istiqamətlərdə dövlət tərəfindən tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiyaya qarşı mübarizədə uğurlar qazanılıb”. Bu fikirləri Milli Məclsin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Tahir Mirkişili bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatda azalma aşağı səviyyədə olub. Bu ilin 7 ayı ərzində ümumi daxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 1,6 faiz artım olub. Bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir.

T.Mirkişili sentyabrın 9-da Prezidentin Fərmanı ilə İqtisadi Şura yaradıldığını qeyd edib. Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması ilə bağlı tapşırıqlar qoyulduğunu diqqətə çatdıran komitə sədri qeyri-neft sektorunun inkişafının insan kapitalından istifadəni nəzərdə tutduğunu deyib. Onun sözlərinə görə, İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir.