YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Livanın Maison du Futur Fondu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq müzakirə edilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu ilin aprel ayında Bakıda birgə təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Livanın paytaxtı Beyrut şəhərində bir sıra görüşlər keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Livanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Amin Gemayel ilə görüşdə Foruma hazırlıqla yanaşı, siyasi xadimin rəhbərlik etdiyi Maison du Futur Fondu ilə Mərkəz arasında əməkdaşlıq və həyata keçiriləcək birgə layihələr müzakirə edilib. Müzakirələr zamanı Yaxın Şərqi narahat edən terror və təhlükəsizlik məsələlərinə də diqqət ayrılıb və bu mövzuda seminarların, toplantıların keçirilməsi razılaşdırılıb. Beynəlxalq Foruma hazırlıq proqramı çərçivəsində isə mart ayında Beyrutda Serbiya və Bolqarıstanın sabiq prezidentlərinin iştirakı ilə işçi qrupun görüşünün keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr ediləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 40-dan çox ölkənin sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra dövlətlərin hazırkı rəhbərlərinin iştirakı da gözlənilir.
Qeyd edək ki, Forumda əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla nüfuzlu ictimai-siyasi xadimlər, elm, mədəniyyət adamları bir araya gələrək bəşəriyyəti narahat edən problemlər, onların həlli yollarının tapılması məsələlərini müzakirə edirlər.