YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Dövlət proqramları bölgələrin sıçrayışlı inkişafını təmin edib

«Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın bölgələrinin sıçrayışlı inkişafını təmin edib. Bununla yanaşı, proqramlar insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, bu mükəmməl proqramlar Azərbaycanın son 12 ildə ən mütərəqqi islahatları reallaşdıran ölkə statusuna malik olmasını da şərtləndirib. Onun sözlərinə görə, “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları” elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir.

«Regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, itstehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, fermerlərə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bu mənada  2013-2018-ci illərə dair regional inkişaf proqramı yeni dövrün iqtisadi reallıqları, Azərbaycanın qarşısında duran yeni çağırışları özündə əks etdirir»- deyə, komitə üzvü qeyd edib.