YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Gənclərimizin yüksək səviyyədə təhsil alması üçün bütün mümkün addımlar atılır

“Məlum olduğu kimi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Dövlət başçısı və birinci xanım yaradılan şəraitlə yaxından tanış olmuşlar. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq cənab Prezident daim təhsilə olan diqqətini ön plana çəkmişdir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün atılan bu addım da buna əyani bir sübutdur: “Dövlətimizin təməli təhsildən başlayır. “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailliyyəti heç vaxt unutmamalıyıq.” Bu sözləri Ulu Öndər Heydər Əliyev səsləndirmişdir. Onun təhsilimizə verdiyi dəyər və göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycan müstəqil dövlət olaraq öz sözünü deyir. Ulu Öndərin bu siyasətini də cənab Prezidentimiz İlham Əliyev layiqincə davam etdirməkdədir. Təhsil millətin gələcəyidir!”.