YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Aslanov: Su təsərrüfatının yaxşılaşdırılması üçün 22 obyekt yenidən qurulacaq

“Su təsərrüfatının yaxşılaşdırılması üçün 22 obyektin yenidən qurulması nəzərdə tutulub”. 
Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov Yeni Tv-nin canlı efirində deyib. 
O qeyd edib ki, bu obyektlərin tikilişi 9 min kilometr şəbəkəni əhatə edir: “Nəzərdə tutulan işlərin həyata keçirilməsi su təsərrüfatının yaxşılaşmasına kömək edəcək. Amma sudan səmərəli istifadəyə dair maarifləndirmə işləri də aparılmalıdır. Çünki Azərbaycan su ehtiyatları az olan ölkələrdəndir. Hesab edirəm ki, bu istiqamətdə hər bir kəs öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir”. 
R.Aslanov tövsiyə edib ki, fermerlər az su tələb edən təsərrüfatla məşğul olmalıdırlar:  “Vaxtilə kənd təsərrüfatında olan ixtisaslaşma prosesi artıq başa çatıb. Ona görə də maarifləndirmə işləri geniş istiqamətdə həyata keçirilməlidir. Torpaqdan səmərəli istifadə olunmalıdır. Fermerlər kultivasiya işlərini düzgün aparmırlar. Bundan başqa fermerlər öz anbarlarında ən azı 1 aylıq su ehtiyatı yaratmalıdırlar”.