YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sadiq Qurbanov: İşğal altında olan torpaqlarımızın azad olunması milli birlikdən və həmrəylikdən keçir

“İyulun 14-də keçirilən aksiya, sonda bəzi təxribatçı hərəkətlər hesaba alınmazsa, ümumilikdə Azərbaycan xalqının öz dövləti, ordusu və Prezidenti ilə həmrəylik nümayişi idi. Təəssüf ki, eyni ilə 1990-cı illərin əvvəllərində olduğu kimi, yenə də müəyyən təxribatçı qüvvələr, qruplar birlik, həmrəylik nümayişimizə kölgə sala bildilər. O vaxt da Şuşa, Laçın, digər rayonlarımızın işğalı günlərində belə qüvvələr, qruplar Bakıda hər şeyi alt-üst edib, Azərbaycan xalqının fikrini cəbhədən yayındırmaq, şayiələr yaymaq, onun üzünəinamını qırmaqla məşğul idilər”. Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

 

S.Qurbanov bildirib ki, cəmiyyətdə təxribatçı qüvvələr, milli maraqları satanlar hələ də mövcud olsa da, Azərbaycan dövləti 1990-cı illərin əvvəllərindəki dövlət deyil. Əvvəla, o illərdən fərqli olaraq, güclü iqtidar, möhkəm siyasi iradə var. İkincisi, siyasi qüvvələr arasında həmrəylik var. Təsadüfi deyil ki, bu gün 43 siyasi partiya iqtidarla birlikdə həmrəylik bəyanatına imza atdı.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda sabitliyin keşiyində möhkəm dayanan hüquq-mühafizə, xüsusi xidmət orqanlarımız var. Görünür, hansısa dairələr Azərbaycan polisinin aksiyanın ümummilli məsələ - xalqımızın bir nömrəli problemi olan Qarabağ münaqişəsilə bağlı olduğunu, yüksək rütbəli zabitlərimizin şəhid edilməsinin yaratdığı ovqatı nəzərə alaraq təmkinli davranmasından “ruhlanıb”, aksiyanın başa çatmasına yaxın təxribat törətməyə cəhd etdilər.

“Mən əminliklə bildirirəm ki, şəhidlərimizin, qəhrəman generalımızın qisası artıqlamasilə alınır və alınmaqda davam edəcək. Eyni zamanda ona da şübhə etmirəm ki, hüquq-mühafizə orqanlarımız həmin təxribatın təhrikçilərini də qanun qarşısında cavab verməyə məcbur edəcək. Hamı bilməlidir ki, işğal altında olan torpaqlarımızın azad olunması milli birlikdən və həmrəylikdən keçir. Heç kimə bu birliyimizi pozmaq imkanı verilməyəcək”-deyə, S.Qurbanov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv