YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aytac Əliyeva: Ən böyük dəstəkçisi xalq olan Lider bütün zamanların yeganə QALİBİDİR!

“Bu günlərdə bir yazıdan oxudum: “Qədimlərdə sərkərdəsi biyabırcasına məğlub olan ordu döyüşə girmədən təslim olarmış”. Günümüzdə biz qədimlərə getmədən, elə mənfur qonşumuz Ermənistana baxsaq, bu fikrin düzgünlüyünü görmüş oluruq. Axı sərkərdəsi təlxəkdən heç də fərqlənməyən bir ordu hara kimi gedə bilər”?! Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva deyib. 

Aytac Əliyeva açıqlamasında bildirib ki, Vətən torpağının qorunması və azadlığı gənclər arasında vətənpərvərlik ruhunu daha da artırıb və Ali Baş Komandanın ətrafında daha da sıx birləşmələrinə səbəb olub.

“Ölkəmizin şimal-qərbində - Tovuz rayonunda dinc əhaliyə qarşı növbəti dəfə silaha əl ataraq, öz məkrli niyyətini icra edən düşmən qüdrətli ordumuz tərəfindən layiqincə susduruldu və bu proses hazırda da davam etməkdədir. Təəssüflə bildirirəm ki, Azərbaycan tərəfinin şəhidləri oldu, lakin unutmayaq ki, torpaq şəhid qanı ilə sulananda VƏTƏN olur. Bəli, VƏTƏNin Polad kimi igid oğulları şəhid oldu… amma biz nəyin şahidi olduq?!  Paytaxt küçələrinə çıxan onminlərlə Poladların, İlqarların, Elçinlərin, Yaşarların - “Ali Baş Komandan, silah ver bizə” – deyərək, öz SƏRKƏRDƏSİnə güvənən və onun rəhbərliyi ilə könüllü orduya yazılanların coşğusu ilə qarşılaşdıq. Bu, özü bir daha sübut edir ki, ölkəmizdə xalq-lider vəhdəti var, xalqın öz LİDERinə sevgisi sarsılmazdır! Və təbii ki, bu, öz mərkli, xəyanətkar xislətlərini gizlədə bilməyən, erməni dəyirmanının suyuna çevrilmiş kəsləri, antimilli ünsürləri narahat etməyə bilməz. Son günlər social şəbəkələr vasitəsiylə ictimai fikri çaşdırmağa yönələn, yanlış fikirlər səsləndirən, iyrənc mövqe sərgiləyən sapı özümüzdən olan baltalar daha da fəallaşıb və “ürək ağrısı” ilə çıxış edirlər. Onlar unudurlar ki, yerləri tarixin zibillikləridir və heç zaman istəklərinin reallaşacağı sevincini yaşamayacaqlar. Çünki ən böyük dəstəkçisi xalq olan Lider bütün zamanların yeganə QALİBİDİR! Azərbaycan hökuməti hər ötən gün daha da güclənir və Prezident cənab İlham Əliyevin siyasi, şəxsi nüfuzu günbəgün artır! Beynəlxalq güc mərkəzləri, siyasi dairələr, dünya ölkələri, məhz ölkə başçısı cənab İlham Əliyevin çağırışına cavab verir, bir araya gəlir. Beləliklə, Prezident cənab İlham Əliyevin şəxsində Azərbaycan dünyaya birlik-bərabərlik, sülh, ortaq güc ixrac edir. Ermənistan, onun başıbozuq rəhbərləri, erməni xislətlilər isə istənilməyən, qınaq və gülünc obyektinə çevrilmiş oyunçular durumuna düşür. Və əminliklə deyə bilərəm ki, bu kimi biyabırçılıq, yolsuzluq hələ uzun müddət davam edəcək. - NİYƏ?!  - Çünki torpaqlarının azadlığı uğrunda şəhid olmuş Azərbaycan igidinin övladı atasının məzarı üstündə məğrur dayanaraq, Azərbaycan bayrağını ən son gücü ilə qəlbinə sıxırsa, deməli, VƏTƏN torpağı əmin əllərdədir!” – deyə, A. Əliyeva fikrini davam etdirib.

 

DİGƏR Xəbərlər Arxiv