YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar müraciəti

2020-ci iyulun 12-də Ermənistan  yenidən xaincəsinə təxribata əl atıb  atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etdi. Azərbaycan Silahlı Qüvvələrinin, yerində cavab zərbələri düşməni çox gözlətmədi. Çox təəssüf ki, dövlət sərhədlərimizin qorunmasında ordumuz da şəhidlər verdi. Lakin verdiyimiz hər şəhidə görə Ordumuz düşmənə çox sarsıdıcı zərbələr vurmaqla xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Şəhid olan qəhramanlarımızı xalqımızın necə qarşılması və yola salmasını isə bütün dünya ölkələri gördü. Şəhidlərimiz dəfn edilmədən onların qisası düşməndən qat-qat artıq alındı.

Bütün bu müddət ərzində isə xalqımız tərəfindən, xüsusilə də gənclərimiz tərəfindən müxtəlif formalarda Ordumuza dəstək aksiyaları həyata keçirilir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq çox təəssüf hissi ilə bildirmək istəyirik ki, məhz Ordumuza dəstək xarakterli yürüşdə sapı özümüzdən olan baltalar öz xain və məkrli planlarını bu yürüşdə iştirak edən bəzi gənclərdən istifadə etməklə reallaşdırmağa çalışdılar. Beləliklə də, yürüş iştirakçılarının azsaylı hissəsi qanunazidd əməlləri ilə əslində maraqlı pozucu qüvvələrin və beşinci kolon təmsilçilərinin cəmiyyətdə ictimai-siyasi sabitliyi pozmaqdan, qarşıdurma yaratmaqdan ibarət olan anti-Azərbaycan və anti-xalq məqsədlərinə xidmət göstərmişdir. Bu isə xalqımıza, dövlətimizə və Ordumuza qarşı xəyanətdən başqa bir şey deyildir.

YAP Gənclər Birliyi olaraq bu tipdə olan istənilən addımı qətiyyətlə pisləyir, gənclərimizə bu mövzularda ayıq-sayıq olmağı tövsiyə edir və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik. Hər bir gəncimizi dövlətimizin və Ordumuzun ətrafında sıx birləşərək milli sərvətimiz olan müstəqilliyimizi, Ordumuzu, pandemiya ilə mübarizə aparan həkimlərimizi qorumağa və satqın antimilli qüvvələri ifşa edib yerində oturtmağa səsləyirik.