YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Milli Məclis yaz və növbədənkənar sessiyalar dövründə uğurla fəaliyyət göstərib

“Milli Məclis yaz  və növbədənkənar sessiyalar dövründə uğurla fəaliyyət göstərib”. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Sessiyalar ərzində bir çox qanun layihələrinin qəbul edildiyini deyən komitə sədri xatırladıb ki, bu dövrdə  Nazirlər Kabinetinin, Ombudsmanın illik hesabatları və digər məruzələr dinlənildi. Onun sözlərinə görə, bütün bunların hər biri çox mühüm məsələlərdir.

“Bu müzakirələrin ana xətti ölkənin inkişafının daha da gücləndirilməsinə hesablanıb. Digər tərəfdən, bir sıra qanunlara dəyişikliklər edildi. Dəyişikliklər sosial layihələrə də aid edildi ki,  bu da həyatımızın mühüm tərkib hissəsini təşkil edir. Sessiyalar ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qanunlara da dəyişikliklər nəzərdə tutulurdu, onlar da qəbul edildi. Ən başlıcası o idi ki, ölkəmizdə koronavirusa qarşı mübarizədə Milli Məclis də öz töhfələrini verməyə çalışır. Çünki bu yöndə təbliğatın aparılması çox önəmli idi. Bu baxımdan, sessiyalar ərzində deputatlar pandemiya ilə mübarizədə fəallıq nümayiş etdirdilər. Azərbaycanda koronavirus infeksiyasının aradan qaldırılması və insanların sağlamlığının təmin edilməsi istiqamətində parlamentin rəhbərliyi, deputatlarımız çox ciddi işlədilər və müsbət mənada təbliğat apardılar”-deyə, komitə sədri vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv