YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: İnanırıq ki, qarşıdan gələn 2015-ci ildə də dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan möhtəşəm uğurlar qazanacaq

«Prezident İlham Əliyevin ötən 11 il müddətində ölkəmizdə milli dövlət quruculuğu prosesinin uğurlu inkişaf etdirilməsi, demokratik cəmiyyət modelinin yaradılması, vətəndaş cəmiyyətinin bərqərar olunması, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində apardığı islahatlar Onun Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli davam etdirdiyinin bariz sübutudur».  Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, Azərbaycanın bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsinə çevrilməsində cənab İlham Əliyevin rolu misilsizdir. Onun sözlərinə görə, dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilən Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 80 faizə qədərdir.

«Bu göstəricilər, sosial-iqtisadi uğurlar beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapmaqdadır. Bu baxımdan, Prezident İlham Əliyevin bu sferada apardığı islahatlar beynəlxalq arenada mühüm diqqət mərkəzindədir. Bütün məqamlarda insan amilini önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, qazanılan nailiyyətlər birmənalı şəkildə hər bir Azərbaycan vətəndaşının ölkəmizin işıqlı gələcəyinə inam hissini daha da artırmaqdadır. İnanırıq ki, qarşıdan gələn 2015-ci ildə də dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan möhtəşəm uğurlar qazanacaq»- deyə, Y.Abramov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv