YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiqi hüququndan mütləq istifadə edəcək.

Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, görüləcək tədbirlər 2015-ci, 2016-cı və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində, onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq.

“Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır”, - deyə nazirliyin açıqlamasında bildirilib.