YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ÇXR-nin Sədri Si Cinpi: Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm

“Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Xalq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.

Çin ilə Azərbaycan ənənəvi dost ölkələrdir və hər iki tərəf əsas maraqlarına aid məsələlərdə bir-birini qarşılıqlı olaraq qəti şəkildə dəstəkləyir. COVID-19 pandemiyasının başlanmasından bəri ölkələrimiz müvəqqəti çətinlikləri dəf etmək üçün ikitərəfli münasibətlərdə yüksək səviyyə nümayiş etdirərək, bir-birinə yardım və dəstək göstərirlər.

Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin daim dərinləşməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar, dost Azərbaycana və onun xalqına isə tərəqqi və xoşbəxtlik arzulayıram”. Bu sətirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikində yer almışdır.

DİGƏR Xəbərlər Arxiv