YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycan dedikdə ilk olaraq Heydər Əliyev yada düşür və ya ulu öndərin adı gəldikdə Azərbaycan xatırlanır

«Azərbaycan dedikdə ilk olaraq Heydər Əliyev yada düşür və ya ulu öndərin adı gəldikdə Azərbaycan xatırlanır. Dahi şəxsiyyətin Azərbaycan tarixində özünəməxsus yeri vardır. Azərbaycanda elə bir sahəni qeyd etmək mümkün olmaz ki, orada ulu öndərin xidmətləri, dəst-xətti olmasın. Sovetlət dövründə Azərbaycanın İttifaq ölkələri arasında ilk yerləri tutması ulu öndərin gərgin əməyi və qətiyyətli siyasəti nəticəsində bərqərar olmuşdu. Eyni zamanda müstəqillik dövrünə nəzər salaq. Azərbaycanın bu gün müstəqil, davamlı inkişaf edən bir ölkəyə çevrilməsinin əsası dahi şəxsiyyətin adı ilə bağlıdır. Ölkənin ağır günündə  xalqın tələbilə Bakıya gələn ulu öndər qısa zaman kəsiyində ölkədə həyatı öz axarına qaytardı. Azərbaycan həmin dövrdə çox ağır fəlakətlərlə üz-üzə idi. Əgər Heydər Əliyev ölkəyə qayıtmasayıdı bu gün Azərbaycan adlı müstəqil dövlətin mövcudluğundan danışa bilməzdik. Gəlin, ölkədə istənilən sahənin adını çəkək və həmin sahədə görülən işlərə, həyata keçirilən tədbirlərə nəzər salaq! Heydər Əliyevin xidmətləri istər-istəməz həmin sahədə göz önünə gəlir. Ordu, təhsil, mədəniyyət, ədəbiyyat,  iqtisadiyyat, kənd təsərrüfatı hansı sahənin adını qeyd etsən Heydər Əliyevin xidmətlərinin şahidi olmuş oluruq. Azərbaycan təhsili və Heydər Əliyev, Azərbaycan mədəniyyəti və Heydər Əliyev, Azərbaycan Orudusu və Heydər Əliyev, biz bu siyahını heç çətinlik çəkmədən artıra bilərik. Bütün bu qeyd etdiklərimizin hər biri isə bir araşdırma, tədqiqat mövzusudur. Məhz bu deyilənlərdən irəli gələrək dahi şəxsiyyyətin adı ölkəmizin adı ilə hər zaman qoşa çəkilir.» Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Cavid Osmanov qeyd edib ki, Heydər Əliyev və Azərbaycan! Heydər Əliyev Azərbaycanın dünəni, bu günü və gələcəyidir: «Müstəqil Azərbaycan dövlətinin gələcəkdə daha da inkişaf edərək güclü dövlətə çevrilməsi, insanlarımızın davamlı şəkildə firavanlıq, əmin-amanlıq şəraitində yaşaması üçün ulu öndər Heydər Əliyevin siyasi-dəst xəttinə xalqımızın hələ uzun illər ehtiyacı vardır. Azərbaycan xalqı müdrik xalqdır və  öz xilaskarını hər zaman böyük ehtiramla xatırlayır. Bundan sonra da dahi şəxsiyyətin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.»