YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyunun ortalarına qədər Bakıda və regionlarda modul tipli xəstəxanaların açılması nəzərdə tutulur

Hazırda ölkəmizdə hökumət tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlə 6, özəl şirkətlər tərəfindən isə 4 modul tipli xəstəxana tikilir.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Hər bir xəstəxana 200 çarpayıdan ibarət olacaq ki, bu da əlavə 2000 çarpayı imkanın yaranması deməkdir: “Əgər yoluxma sayı daha çox olsa, bu xəstəxanalardan da istifadə oluna bilər. Yaxın zamanlarda ilk modul tipli xəstəxananın açılışı gözlənilir. İyun ayının ortalarına qədər isə digər modul tipli xəstəxanaların açılması nəzərdə tutulur. Bu, həm Bakıda, həm də regionlarda olacaq. COVID-19-a yoluxan xəstələri həmin xəstəxanalara rahat şəkildə yerləşdirə biləcəyik”.

DİGƏR Xəbərlər Arxiv