YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Operativ və önləyici tədbirlər uğurlu nəticələrini verdi (VİDEO)

“Bu gün əldə olunan nəticələr ölkəmizdə pandemiyaya qarşı aparılan uğurlu mübarizə tədbirlərinin bariz nümunəsidir”.
Bu fikirləri “Yeni tv”nin efirində millət vəkili Aydın Hüseynov deyib.
O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronovirusu pandemiya elan etdiyi ilk gündən etibarən Azərbaycanda çox önəmli addımlar atılıb: “Pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlər ilk növbədə insanların sağlamlığının qorunmasına hesablanıb. Eyni zamanda vətəndaşların sosial rifahınn təmin oluması istiqamətində dövlət bütün imkanlarını səfərbər edib. Bir sözlə dərhal həyata keçirilə qabaqlayıcı tədbirlər və karantin rejiminin tətbiq olunması Azərbaycanı bu sınaqdan da üzü ağ çıxardı”.
A.Hüseynov vurğulayıb ki, məhdudiyyətlərin yumuşaldılmasını rahatlıq və virusdan tam şəkildə azad olunmaq kimi qəbul etməməliyik.