YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Kadr islahatları cəmiyyətimizin həyatı üçün böyük əhəmiyyət kəsb edir

“Mayın 1-də Azərbaycan Prespublikasının Prezidenti İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən kadr islahatları məsələsinə geniş toxundu. Milli həmrəyliyə daha çox ehtiyac olduğu indiki dönəmdə hörmətli Prezidentimizin qeyd etdiyi kimi bəzi məmurlar qanunsuzluqlara yol verir, hətta imkansız ailələr üçün ayrılmış ərzaq yardımlarını mənimsəməkdən belə çəkinmirlər. Həqiqətən də, belə hərəkətlər vicdansızlıqdır. Bu yolun yolçuları layiq olduqları cəzanı almalıdırlar və alırlar da! Son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi bir sıra əməliyyatlar bunu təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

fatma Yıldırım bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir məmurun başlıca vəzifəsi xalqa xidmət etmək olmalıdır. Əks halda, qanunsuzluğa yol verənlər, rüşvət alanlar, insanları incidən məmurlara qarşı lazımi ölçülər götürüləcək.

“Möhtərəm Prezidentimiz tərəfindən ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyətimizin həyatı üçün böyük əhəmiyyət kəsb edir.Çünki biz kadr islahatlarının özündə yenilikləri, inkişafı ifadə etdiyini görürük. Hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişiliklər baş verir ki, bu da cəmiyyətimizdə rəğbətlə qarşılanır. Cənab Prezidentimiz kadr islahatlarının bundan sonra da davam etdiriləcəyini bəyan edib. Şübhəsiz ki, müasir dövrün çağırışlarına cavab verən bu islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına özünün mühüm töhfələrini verəcək!”-deyə, deputat qeyd edib.