YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Britaniya koronavirusla mübarizədə əməkdaşlıq edir

Xarici İşlər naziri Elmar Məmmədyarovun Böyük Britaniya Xarici İşlər Nazirliyində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini (Avropa Qonşuluğu və Amerika üzrə nazir müavini) Vendi Morton ilə onlayn görüşü baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşün əvvəlində Nazir E.Məmmədyarov V.Mortonu yeni təyinatı münasibətilə təbrik edib.

Sonra tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyinə daxil olan bir sıra məsələləri müzakirə ediblər.

Hazırkı qlobal vəziyyətə toxunan tərəflər, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Həmçinin nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı mərhələsi ilə bağlı həmsöhbətini maraqlandıran sualları cavablandırıb.

V.Morton ölkəsinin münaqişə ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha qeyd edib.

Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, bu xüsusda enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.