YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Əliyev: Prezidentin qətiyyətli siyasi iradəsindən qaynaqlanan islahatlar prokurorluq orqanlarının qarşısında da mühüm vəzifələr qoyur

Ölkəmizdə aparılan islahatların və yenilənmə prosesi məhkəmə hüquq sisteminin ən mühüm tərkib hissələrindən biri olaraq Azərbaycanın prokurorluq orqanlarını da əhatə edir. Prokurorluq orqanları daim ali dövlət rəhbərliyinin diqqət və qayğısını öz üzərində hiss edib. Belə ki, müstəqil Azərbaycanda prokurorluq orqanlarının inkişafının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və ötən illər ərzində həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində prokurorluq peşəkar kadr potensialı ilə komplektləşdirilmiş müasir orqana, insan hüquq və azadlıqlarının etibarlı təminatçısına, qanunçuluğun və dövlətçiliyin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə icra edən quruma çevrilib.

Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev Milli Məclisin iclasında bildirib.

“Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluq orqanlarının qarşısında da yeni və olduqca mühüm vəzifələr qoyur. Bu konteksdə prokurorluq qarşısında duran ümdə vəzifələrdən birincisi, dövlətin təhlükəsizliyinə qəsd edilən cinayətlərə qarşı mübarizənin kəsərinin artırılması, dövlətçiliyin daxili və xarici təhlükələrdən müdafiə edilməsidir. İkincisi, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq və mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ilə birgə səylərin gücləndiriliməsidir. Üçüncüsü, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində prokurorluğun iştirakının genişləndirilməsi məsələsidir. Dördüncü məsələ həm dövlət, həm də özəl sektorda korrupsiyanın bütün təzahür formalarını, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsidir. Beşincisi, hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarklığın hüquqi vasitələrlə dəstəklənməsidir. Bundan əlavə kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə yaxından iştirak etmək, məhkəmələrdə dövlət və onun müdafiə edilməsi işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, balanslaşdırımış cəza siyasətinə riayət edilməklə cəzanın məqsədlərinə nail olunmasında əsaslı dönüşün əldə edilməsi, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübəni cari fəaliyyətimizdə tətbiq etmək qarşıya qoyulmuş mühüm vəzifələrdəndir”, - deyə Kamran Əliyev vurğulayıb.