YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır

Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Bu sözləri ölkə başçısı cənab İlham Əliyev cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirəni açılış edərkən qeyd etmişdir. O, bu islahatlara sonucu Prezident seçkilərindən sonra, artıq 2018-ci ildən start götürdüyünü vurğulamışdır, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir və bildirmişdir ki, 2020-ci ildə də bu islahtlar daha dərin və geniş şəkildə həyata keçiriləcək. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov qeyd edib ki, bu gün bu islahatların nəticəsini artıq hər bir Azərbaycan vətəndaşı hiss edir. Ölkə başçısı öz çıxışında Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlardan danışmışdır. Artıq ölkəmiz yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Bu amillər vətəndaşın dövlətə, hökümətə olan inamını artırır, dövlət vətəndaş münasibətləri yeni müstəviyə qədəm qoyur.

Bu gün deyə bilərəm ki, vətəndaşlarımız həmrəylik nümaiş etdirirlər. Hökümətin etdiyi yardımlardan əlavə imkanlı insanlar, iş adamları ehtiyacı olan həmvətənlərinə yardım əli uzadıllar, bu cür addımlar çox təqdirəlaiqdir.

Müşfiq Cəfərov bildirmişdir ki, hökümət - həm iqtisadi sahədə, həm də sosial problemlərin həllində, zamanında və yerində olan çağırışlar edir, vətəndaşlarını qoruyur. Koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkə başçısı cənab İlham Əliyevin uzaqgörənliyilə baş tutdu. Əks təqdirdə insan tələfatı, yoluxma halları  həddindən artıq çox olardı.

Əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iş yerləri bərpa ediləcək, insanlarımız öz əmək fəaliyyətlərini davam etdirəcək.

Deputat qeyd edib ki, pandemiya ilə mübarizə Azərbaycan hökümətinin öz vətəndaşını hər şeydən üstün hesab etməsini, vətəndaşının sağlamlığını qorumaq üçün əlindən gələni əsirgəməməsini bir daha sübut etdi.