YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

David Zalkaliani: Biz hamımız birlikdə qalib gələcəyik

Tbilisidəki televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bununla Gürcüstan COVID-19 virusu ilə mübarizdə Azərbaycana uğur, ümid, dəstək və həmrəylik mesajı göndərir.

Bu fikri Gürcüstanın Xarici İşlər naziri David Zalkalini özünün “Twitter” hesabında paylaşıb. O yazıb: “Biz hamımız bir qayıqdayıq. Biz hamımız bir yerdə qalib gələ biləcəyik”.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstana təşəkkürünü bildirib. “Gürcüstan Tbilisi teleqülləsində milli bayrağı işıqlandıraraq Azərbaycanla həmrəylik nümayiş etdirdi. Təşəkkür, dost Gürcüstan!”, - deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində qeyd olunub.