YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Millət vəkili Ağalar Vəliyev seçicilərinə müraciət edib

97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağalar Vəliyev seçicilərinə müraciət edib. Millət vəkili seçiciləri Nazirlər Kabineti yanında Operativ Qərərgahın xüsusi karantin rejiminə əməl edilməsi ilə bağlı tələb və qaydalarına ciddi riayət etməyə çağırıb. "Dövlətimizin “Evdə qalın – sağlam qalın” devizinə və tələbinə əməl etməklə, özünüzü, alənizi, ətrafınızdakıları və bütün cəmiyyətimizi qorumuş olursunuz",- deyən Ağalar Vəliyev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bununla bağlı xalqımıza etdikləri müraciətlərdən bu məsələnin nə qədər ciddi olduğu və buna həssas yanaşılmasının zəruriliyinin bir daha özünü göstərdiyini vurğulayıb.
"Koronavirusla mübarizə tədbirləri dövlətimizin gündəlik nəzarəti altındadır, ölkəmizdə kifayət qədər ərzaq təminatı, tələb olunan tibbi ləvazimat və tibbi personal vardır. Təşvişə düşməyə əsas yoxdur, sadəcə dövlətimiz tərəfindən qoyulmuş qaydalara ciddi əməl etmək lazımdır",-deyə millət vəkili bildirib. Ağalar Vəliyev deyib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən əhaliyə maddi yardım məqsədilə sosial paketin hazırlanması məhz ölkə başçısının vətəndaşına olan diqqət və qayğısının təzahürü, daim vətəndaşının yanında olması amalının göstəricisidir.
"Əziz seçicilərim! Bununla bağlı yerlərdə rayon İcra Hakimiyyəti başçıları yanında Operativ Qərərgahla daim əlaqə saxlanılır, yarana biləcək hər hansı bir problemin dərhal aradan qaldırılması ilə bağlı birgə tədbirlər görürülür. Mən də bir millət vəkili olaraq daim sizin yanınızdayam, onlayn rejimdə yerlərdə aidiyyəti qurumlarla, müvafiq məsul şəxslərlə və seçicilərimlə müntəzəm əlaqə saxlayıram. Bir daha sizləri Operativ Qərərgahın tapşırıq və tövsiyələrinə ciddi əməl etməyə çağırıram, evdə qalaq, sağlam olaq, xalqımızı və dövlətimizi qoruyaq",- deyə müraciətdə qeyd olunub.

DİGƏR Xəbərlər Arxiv