YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli Məclis deputatının statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, sanitariya-epidemioloji salamatlığın qorunması üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlər Milli Məclisin və onun orqanlarının iclaslarında iştirak edən Milli Məclisin deputatlarına şamil edilməyəcək.

Bundan əlavə, qanunun 7-ci maddəsinin adı “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti” dəyişdirilərək “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi” ilə əvəzlənib.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.