YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın mart ayının 21-də start verdiyi "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası şərçivəsində 4 mindən artıq ailəyə, kimsəsiz və tənhaya yardımlar edilib

YAP koronavirus təhlükəsinə qarşı mübarizədə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyasını başa catdırdı.

Yeni Azərbaycan Partiyası dünyanı lərzəyə salan qlobal təhlükəyə qarşı mübarizədə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri  yaxından dəstəkləməkdə davam edir.

Yeni Azərbaycan Partiyası ölkəmizdə qorxunc virus əleyhinə kampaniyada yaxından və fəal iştirak edərək mart ayının 21-dən "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasına start verdi. YAP fəalları və könüllülər aksiya çərçivəsində operativ profilaktik və mübarizə tədbirlərinə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər.

Partiya üzvləri ölkəmizdə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan profilaktik tədbirlərə əhalinin də dəstək verməsi, sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə ediblər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə, qohum-tanışlar arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini veriblər.

Yeni Azərbaycan Partiyasının fəalları bu nəcib aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək və digər tibbi ləvazimatlar paylayıblar. Onlar, həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının mart ayının 21-dən mart ayının 29-dək davam edən  "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasında  4 mindən artıq ailəyə, kimsəsiz və tənhaya yardımlar edilib.