Xəbərlər
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/d4929ba1ee76a554bc3598ad623e7b12.jpeg&w=360)
Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanların evdən çıxmaq imkanı olmadığından Yeni Azərbaycan Partiyasının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.
Bir neçə gündür davam edən aksiya çərçivəsində YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahılların mənzillərində olur, yaşlı insanların sifarişi əsasında gündəlik lazım olan ərzaq və tibbi vasitələri alırlar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.