YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub


Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasını mart ayının 28-də də davam etdiriblər. Bu dəfə də onlar bu nəcib aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək və digər tibbi ləvazimatlar paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.
Qeyd edək ki, YAP-ın bu aksiyası böyük ictimai marağa səbəb olub. Aksiya və partiyanın könüllülərinin nəcib əməlləri barədə məlumat alan ahıllar, yaşlılar, tənhalar, köməyə ehtiyacı olanlar rayon təşkilatlarının qərargahları ilə əlaqə saxlayır, ehtiyacları barədə məlumat verirlər. Onlar bu çətin karantin günlərində Prezident İlham Əliyevin Sədri olduğu partiyanın ahıllara və tənhalara  xüsusi diqqət ayırmasını yüksək qiymətləndiriblər.
Martın 29-dək davam edəcək aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.
#EvdəQalVirusaYoluxma, #SağlamlığımızMilliHəmrəyliyimizdədir, #BizBirlikdəGüclüyük