YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda konfrans keçirilir

Dekabrın 15-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə “Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda konfrans keçirilir.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək bildirib ki, bu il keçiriləcək bələdiyyə seçkiləri Azərbaycanda mühüm hadisədir. Seçkilərdə jurnalistlərin də xüsusi rolu var. Ona görə də bu konfransda jurnalistlərin seçki prosesində hüquqları və vəzifələri barədə məlumat veriləcək, müzakirələr aparılacaq.
MSK sədrinin müavini Natiq Məmmədov çıxış edərək seçki prosesindən, jurnalistlərin seçkilərdə iştirakından danışıb. Bildirilib ki, seçki prosesində şəffaflığın təmin edilməsində, ictimaiyyətin seçki prosesinin gedişi və onun nəticələri barədə məlumatlandırılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Odur ki, jurnalistlərin seçkilərlə bağlı maarifləndirilməsi mühüm məsələdir.
Konfrans davam edir.