YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb

Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmandan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə, bununla əlaqədar zəruri tədbirlərin görülməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Fərman əsasən Ədliyyə, Daxili İşlər, Səhiyyə və Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, habelə yerli icra hakimiyyəti orqanları valideyn himayəsindən məhrum olmuş uşaqların vahid uçota alınması məqsədilə bir ay müddətində onlar haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə daxil edəcək səlahiyyətli şəxsləri müəyyən edərək onların elektron imza ilə təmin olunmasını təşkil etmək tapşırılıb.