YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada Heydər Əliyevin türk dünyası qarşısındakı əvəzsiz xidmətlərindən bəhs olunub

Ümummilli lider Heydər Əliyevin xatirə günü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankaradakı Heydər Əliyev Parkında təşkil olunan mərasimdə ölkə ictimaiyyətinin təmsilçiləri, elm və sənət adamları, müəllim və tələbələr, bu şəhərdəki Heydər Əliyev məktəbinin şagirdləri, diaspor və KİV nümayəndələri iştirak ediblər.
Ulu Öndərin büstü önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.
Səfir Faiq Bağırov Heydər Əliyevin ölkəmizin inkişafında, xalqımızın siyasi müqəddəratının müəyyənləşməsində oynadığı tarixi roldan, həmçinin türk dünyası qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycan-Türkiyə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istiqamətində həyata keçirdiyi strategiyadan danışıb.
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Nəcdət Ünüvar, Ankaradakı Heydər Əliyev Məktəbinin direktoru Necattin Şengezer, professor Rahilə Şükürova, qardaş ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr çıxış edərək ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, onun müdrik siyasətinin nəticələrindən söhbət açıblar.
Osmangazi Universitetinin doktorantı Qoşqar Məhərrəmov Xalq Şairi Zəlimxan Yaqubun Ümummilli Liderimizə həsr etdiyi şeiri səsləndirib.
Xatırladaq ki, dekabrın 12-də Ankara camilərindəki cümə namazlarında Heydər Əliyevin ruhuna dualar oxunub.