YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bosniya və Herseqovina parlamentinin üzvü: Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən nümunə götürə bilər

Bosniya və Herseqovinadan olan missiya fevralın 10-da Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanda parlament seçkilərində apardığı müşahidələrin nəticələrini açıqlayıb.

Bosniya və Herseqovina parlamentinin Nümayəndələr Palatasının üzvü Predraq Kojul Azərbaycanda keçirilən seçkilərin tam demokratik olduğunu bildirib. O deyib ki, bütün seçki məntəqələrində hər şey yüksək səviyyədə təşkil edilmişdi. “Namizədlər və yerli müşahidəçilərlə danışdıq. Seçki məntəqələrinin sədrlərinin əksəriyyəti qadın idi. Tam əminliklə deyə bilərəm ki, Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən nümunə götürə bilər”, - deyə Predraq Kojul əlavə edib.

Parlamentin digər üzvü Lidiya Barbara seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirib və heç bir qayda pozuntusuna rast gəlmədiklərini vurğulayıb. O deyib ki, bütün məntəqələrdə seçki prosesi yüksək səviyyədə təşkil edilib.