YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valeriy Simulik: Namizədlərin sayının çoxluğu siyasi rəqabət üçün yaradılan gözəl şəraitdən xəbər verirdi

Litvadan olan müşahidəçi, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Valeriy Simulik fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin nəticələri ilə əlaqədar mətbuat konfransı keçirib.

Valeriy Simulik Azərbaycanda seçkilərin şəffaf qaydada keçdiyini bildirib.

Azərbaycanda bir neçə dəfə seçkilərdə müşahidə apardığını deyən müşahidəçi qeyd edib ki, demokratik seçki bütün cəmiyyətlər üçün bir imtahandır. Parlament seçkilərini bölgələrdə yaradılan seçki məntəqələrində izlədiklərini diqqətə çatdıran litvalı müşahidəçi bildirib: “Dünən 15 seçki məntəqəsinə baş çəkdik. Cocuq Mərcanlı kəndində də olduq. Müşahidəçilər yalnız partiya üzvləri deyildi, bitərəf şəxslər də var idi. Hər dairədə 10-dan çox namizədin olması siyasi rəqabət üçün yaradılan gözəl şəraitdən xəbər verirdi. Məntəqələrin birində namizədin müşahidəçi kimi iştirak etdiyinin şahidi olduq. Bu, bizdə mümkün deyil. Lakin Azərbaycan qanunvericiliyi buna imkan verir”.

V.Simulik ki, namizədlərin təxminən 20 faizinin qadınlar olmasını müsbət hal kimi dəyərləndirib.