YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akkan Suver: Azərbaycanda seçkilər yüksək səviyyədə keçirildi

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver fevralın 9-da Azərbaycanda keçirilən seçkilər zamanı 29 məntəqədə müşahidə apardığını bildirib.

Akkan Suver əsasən Nərimanov, Nəsimi, Səbail, Xətai, Nizami, Abşeron, Binəqədi və Sumqayıtdakı seçki dairələrində müşahidə apardığını, Abşeronda vyetnamlılarla, Sumqayıtda ATƏT nümayəndələri ilə birlikdə qutuları yoxladıqlarını söyləyib. Vurğulayıb ki, Azərbaycanda seçkilər yüksək səviyyədə keçirildi. Azərbaycan seçkiyə, demokratiyaya inam istiqamətində inkişaf edir. “Xüsusilə 18 saylı seçki dairəsi üzrə səslərin sayılması zamanı müşahidəçilərin rəftarı məni heyran etdi. Müşahidəçilərin əksəriyyətinin xanımlar olması bizə xüsusi qürur hissi yaşatdı. Azərbaycanda baş tutan bu seçkilər demokratiyanın özüdür. Seçkilərin xeyirli olacağına və yeni seçilən parlamentin Azərbaycana güc verəcəyinə inanıram”, - deyə o qeyd edib.