YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyetnamlı müşahidəçi: Biz Azərbaycanın seçki təcrübəsini öyrənməliyik

Biz Azərbaycanın seçki keçirmək təcrübəsini öyrənməliyik. Burada olduğumuz dörd gün müddətində Azərbaycanda tam şəffaf seçki prosesinin şahidi olduq.

Bu fikirləri fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərini izləyən vyetnamlı müşahidəçilərdən ibarət nümayəndə heyətinin sədri, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nghiem Vu Khai bildirib.

O, Qəbələ, Şəki və Bakıda seçkiqabağı prosesi izlədiklərini, müşahidə apardıqları 5 məntəqəsində namizədlərlə bağlı bütün məlumatların yerləşdirildiyini, şəffaflığın təmin olunduğunu və bütün namizədlərə bərabər şəraitin yaradıldığını qeyd edib. Deyib ki, proses tam şəffaf şəkildə həyata keçirilib.

Səsvermə prosesində müasir texnologiyaların istifadə olunmasını yüksək qiymətləndirən müşahidəçi bildirib. “Eyni zamanda, biz seçki prosesində texnologiyaların tətbiqinin əyani şahidi olduq. Yəni, istənilən xarici ölkədən Azərbaycanda keçirilən seçkiləri sərbəst şəkildə izləmək mümkündür. İnsanların barmaqlarına mürəkkəbin vurulması da bizim üçün yenilik idi. Bu, şəffaflığın tam təmin edilməsinin göstəricisidir. Olduğumuz məntəqədə insanların sərbəst şəkildə səs vermələrinin şahidi olduq, hər hansı pozuntu müşahidə etmədik. Seçicilərlə söhbətimdə onlar daha çox gənc namizədləri dəstəklədiklərini bildirdilər. Bu, müsbət məqamdır. İnanıram ki, yeni seçilən parlament daha güclü olacaq”.